9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Moldova millisinin baş məşçisi: "Azərbaycan bizdən güclüdür"

“Əvvəlki iki oyunda yaxşı rəqiblərlə qarşılaşmışdıq. Onların hər ikisi – həm Cənubi Koreya, həm də Azərbaycan hazırda Moldovadan daha güclüdürlər. Amma biz rəqiblərə fikir vermirik. Öz oyunumuzu formalaşdırmalıyıq".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Moldova millisinin baş məşçisi Aleksandr Spiridon moldfootball.com-a müsahibəsində deyib.
 
O bildirib ki, futbolçuları millimizlə keçirdikləri yoxlama görüşündə (0:0) daha yaxşı oyun nümayiş etdiriblər: " Çox şeyi dəyişdirmək lazımdır. Futbolçular bunun üçün çalışırlar. Cənubi Koreya və Azərbaycanla matçda yığmanın oyununda dəyişikliklər görə bildiniz. Mən də bundan razı qaldım. Cənubi Koreya ilə matçla müqayisədə Azərbaycanla görüşdəə  daha yaxşı oynadıq. Həmin matçda 3-4 real qol imkanını əldən verdik. O şanslardan yararlana bilsəydik, uşaqlar indi psixoloji cəhətdən özlərini daha inamlı hiss edərdilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31