27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Kosta "Qarabağ"ın rəqibinin heyətinə 60 milyona qayıtdı

"Çelsi"nin futbolçusu Dieqo Kostanın "Atletiko"ya qayıdışı rəsmiləşib.
 
Futbolxeber.az xəbər verir ki, Madrid klubunun rəsmi saytı tibbi müayinədən keçən ispan hücumçu ilə müqavilə imzalandığını açıqlayıb. Ancaq anlaşmanın müddəti barədə məlumat verilməyib.
 
Transferi 60 milyon avroya başa gələn Kosta bu gündən etibarən "Atletiko"da məşqlərə başlayacaq. Sadəcə, 28 yaşlı hücumçu Madrid klubuna verilən transfer qadağası səbəbindən gələn ilin yanvarın 1-i matçlarda oynaya biləcək.
 
Dieqo 2010-2014-cü illərdə "Atletiko"da çıxış edib. O, 3 il öncə 38 milyon avroya "Çelsi"yə transfer olunmuşdu.
 
Xatırladaq ki, "Çelsi"ylə "Atletiko" "Qarabağ"ın Çempionlar Liqaısnın qrup mərhələsində rəqibləridir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30