9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Terim 3,5 milyon avro tələb edir

Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim yerli futbol federasiyasına xəbərdarlıq edib. Futbolxeber.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssis vəzifəsindən müqaviləsi bitmədən göndərildiyi üçün təzminat tələb edir.
 
Vəkili vasitəsilə göndərdiyi bildirişdə Terim müqaviləsində yer alan 1 illik alacaqlarını istəyib.
 
15 noyabr 2013-cü ildə imzaladığı 5 illik müqaviləyə əsasən, Terimin illik qazancı 3,5 milyon avro olub. Bura mükafatlar daxil deyil. Bitiminə 16 ay qalmış müqaviləsi birtərəfli qaydada pozulan təcrübəli mütəxəssis 12 aylıq alacaqlarını tələb edib.
 
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənlə Terim arasında iyulun 26-da keçirilmiş görüşdə müqavilənin birtərəfli qaydada pozulması qarşılığında 3,5 milyon avro təzminat ödənilməsinə dair razılıq əldə olunub. Lakin təcrübəli mütəxəssis aradan keçən 2 aylıq müddətdə özünə hər hansı ödənişin edilməməsi səbəbindən iddia qaldırıb.
 
Qeyd edək ki, Fatih Terimə müqavilə üzrə qalan borc 4,66 milyon avrodur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31