9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Neymar peşman oldu, üzr istədi

Fransa 1-ci Liqasının 6-cı turunda “Lion”la qarşılaşmda penalti zərbəsinə görə komanda yoldaşı Edinson Kavani ilə mübahisə edən Neymar geri addım atıb.
 
Futbolxeber.az xəbər verir ki, braziliyalı hücumçu PSJ-nin bugünkü məşqindən qabaq komanda yoldaşlarını yanına çağırıb və “Lion”a qarşı keçirilən matçdan sonra paltardəyişmə otağında da davam edən mübahisəyə görə peşman olduğunu bildirib.
 
Neymarın sözlərini komanda yoldaşı Tiaqo Silvanın tərcümə etdiyi bildirilir.
 
Paris təmsilçisinin baş məşqçisi Unay Emeri isə bu gün verdiyi açıqlamada hadisənin mətbuat tərəfindən çox böyüdüldüyünü deyib: “Neymarla Kavani arasında yaşanan hadisələr mətbuat tərəfindən çox böyüdülür. Bu mübahisənin komandadakı müsbət atmosferə təsir etməyib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31