9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

“Qəbələ” nigeriyalı hücumçu transfer etdi

Topaz Premyer Liqasının 6-cı turunun “Neftçi” ilə oyununa hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
 
Futbolxeber.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosunla güclənib. 
 
Azad agent statusu ilə komandaya qoşulan 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
2014/15 mövsümündə icarə əsasında “Qəbələ”də çıxış edən Ehiosun “qırmızı-qara” formada 32 oyuna 6 qol vurub. Bütün qollarını çempionatda vuran legioner Premyer Liqada 29, ölkə kubokunda 3 matça çıxıb.
 
Azərbaycana ilk gəlişinədək vətənində “Varri Volves” (2008-2011), Türkiyədə “Samsunspor” (2011-2012) və “Gənclərbirliyi” (2012-2015) klublarında çıxış edib. 2013-2014-cü illərdə “Samsunspor”, 2014-2015-ci illərdə “Qəbələ”yə icarəyə verilən Ekiqo 2 il öncə Türkiyəyə qayıdıb. O, “Samsunspor” (2015-2016) və “Qazişehir Qaziantep” (2016) komandalarında çıxış edib.
 
Ehiosun 2011-ci ildə debüt etdiyi Nigeriyanın əsas yığmasında 6 oyun keçirib və 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31