9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

AVRO-2020-ni keçirəcək şəhərlər avrokubok finalından azad edilib

2020-ci il Avropa çempionatının keçiriləcəyi 13 şəhərdə 2019-2020 mövsümünün avrokubok finalı keçirilməyəcək. Futbolxeber.az-ın məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
 
Səbəb kimi Çempionlar Liqası və Avropa Liqasının həlledici qarşılaşmalarını digər ölkələrin təşkil etməsinə imkan yaratmaq istəyi göstərilib. Digər tərəfdən, 13 şəhər AVRO-2020 öncəsi əlavə təzyiqlə üzləşməyəcəklər. Lakin bu qərar UEFA Super Kubokuna şamil olunmayacaq.
 
Qeyd edək ki, AVRO-2020 qitənin 13 şəhərində təşkil olunacaq. Bunlar Bakı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Roma (İtaliya), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərləridir. 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı Madriddəki "Metropolitano" stadionunda, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Həmin il UEFA Super Kuboku uğrunda görüş isə Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31