27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

"Qarabağ"ı autsayder saymırıq"

"Qarşıda Çempionlar Liqası oyunumuz var. Hər kəs “Qarabağ”ı qrupun autsayderi sayır. Lakin biz belə düşünmürük".
 
Futbolxeber.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının debütündə rəqibi olan "Çelsi"nin baş məşqçisi Antonio Konte bildirib. İtaliyalı mütəxəssis Azərbaycan çempionunun qrupa düşmək uğrunda son mübarizədə güclü rəqibi sıradan çıxartdığına diqqət yetirib: "Qarabağ" pley-offda ötən il qrupda mübariz keyfiyyətlər nümayiş etdirən “Kopenhagen”i sıradan çıxarıb. Bu da Azərbaycan təmsilçisinin gücündən xəbər verir. Kifayət qədər güclü futbolçuları var. Topla oynamağı xoşlayan komandadır".
 
Kontenin fikrincə, sabah evdə qarşılşacaqları təmsilçimizin sol cinahdan edilən hücumları rəqiblərə çətinlik yaradır: "Yarımmüdafiə xətti də yüksək səviyyədədir. Xüsusilə də Miçel-Qarayev-Almeyda üçlüyünü qeyd edə bilərəm. Bir sözlə, bizi çətin oyun gözləyir. İlk turda 3 xal çox vacibdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30