26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

“Fənərbaxça” “Qarabağ”ın rəqibindən hücumçu alır

"Mənim də “Qarabağ”da uğurum çox olub" - İlqar QurbanovHücum xəttini gücləndirməyə çalışan “Fənərbaxça” “Atletiko”nun ön xətt oyunçusu Lusiano Viettoya “elçi düşüb”.
 
Futbolxeber.az saytının məlumatına görə, “sarı-lacivərdlilər” “transfer pəncərəsi”nin son günlərində argentinalını heyətə qatmaq niyyətindədi.
 
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibində əsas heyətə düşə bilməyən 24 yaşlı forvard həftəsonuna qədər Türkiyəyə köçə bilər. İstanbul nəhəngi onu birillik icarəyə götürmək üçün qarşı tərəflə danışıqlara başlayıb. “Atletiko” rəhbərliyi komandanın 4-cü hücumçusu sayılan Viettonu birdəfəlik satmağı üstün tutur. Bununla belə, “Fənər” madridliləri bu keçidə razı salmaqda israrlıdı.
 
Qeyd edək ki, Lusiano Vietto “Atletiko”ya 2015-ci ildə 20 milyon avro müqabilində “Vilyarreal”dan keçib. Futbolçu ötən mövsümü icarə əsasında “Sevilya”da keçirib.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30