27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Norveç yığmasında daha bir itki

 
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Norveç yığması daha bir itki ilə üzləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, yarımmüdafiəçi Anders Konradsen sabahkı matçı buraxacaq.
 
Bunu Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib. Təcrübəli mütəxəssis 27 yaşlı orta sahə oyunçusunun övladının dünyaya gəldiyini söyləyib. Bu üzdən Konradsen məşqçilər korpusundan icazə alıb.
 
Onunla yanaşı, cəza müddəti hələ də başa çatmayan Ole Selnaes də millimizlə görüşdə iştirak etməyəcək. Ötən ilin oktyabrında yığmamızla Bakıda keçirilən qarşılaşmada hakimlərə kəskin etiraza görə 11 aylıq diskvalifikasiyaya məruz qalan Selnaes sentyabrın 4-də Almaniya ilə oyunda komandasına kömək edə biləcək.
 
Lars Laqerbek Selnaesdən sonra digər yarımmüdafiəçi Konradsenin də yoxluğuna baxmayaraq, düşərgəyə başqa oyunçu dəvət etmək fikrində olmadığını söyləyib.
 
Qeyd edək ki, sabah “Ulleval” stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30