9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

“Azərbaycan indi daha güclüdür” - Norveç millisinin baş məşqçisi

“Müdafiə xəttində bəzi dəyişikliklər edirik. Meydanda daha aqressiv olmalıyıq”. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.
 
Yerli mətbuata açıqlamasında sentyabrın 1-də millimizlə keçiriləcək oyun haqda danışan 69 yaşlı mütəxəssis komandamızda müəyyən dəyişikliklər olduğunu bildirib:
 
“Azərbaycan millisi əvvəllər əsasən müdafiədən oynayırdı. İndi rəqibimiz daha güclüdür. Yarımmüdafiə xəttində braziliyalı futbolçu çıxış edir. Onların bizi təəccübləndirəcəyini düşünmürəm. Ancaq futbolçularımı bütün vəziyyətlərə hazırlayacam. Hədəfimiz qələbədir. Nə qədər çox qalib gəlsək, o qədər güclü olarıq”.
 
Xatırladaq ki, setybarın 1-də Osloda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31