27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Qranatkin turniri: 1/4 finalçılardan 5-i məlumdur

Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 19 yaşadək futbolçular arasında keçirilən 29-cu beynəlxalq turnirdə ilk mərhələnin oyunları yekunlaşmaq üzrədir.

Futbolxeber.az saytının məlumatına görə, artıq A və B qruplarında 1/4 finalçılar məlumdur.

A qrupunun qalibi 6 xal toplayan Yunanıstan millisi olub. Son turda Yunanıstana 0:4 hesabı ilə uduzan Bolqarıstan 4 xalla ikinci yeri tutub. Eyni xala malik Tacikistan millisi qrupu üçüncü, 2 xal yığan Estoniya isə dördüncü kimi başa vurub.

B qrupunun qalibi maksimum nəticə ilə Rusiya yığmasıdır. Latviya 4 xalla ikinci, Hindistan 3 xalla üçüncü, Belarus isə 1 xalla dördüncü olub.

Beləliklə, 1/4 finalda Yunanıstan Latviya ilə, Rusiya isə Bolqarıstanla üz-üzə gələcək.

9-16-cı yerlər uğrunda isə Tacikistan Belarusla, Hindistan Estoniya ilə görüşəcək.

C və D qruplarına mübarizəyə bu gün yekun vurulacaq.

Yığmamızın yer aldığı C qrupun hər 4 komandanın 1/4 finala yüksəlmək şansı var.

D qrupunda isə qalibin adı artıq bəllidir. İlk 2 turda maksimum nəticə göstərən Sankt-Peterburq komandası sonuncu turun nəticəsindən asılı olmayaraq, qrup birinciliyini təmin edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30