27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Mihayloviç: “Belə davam etsək, istənilən rəqibi məğlub edərik”

“Milan”ın baş məşqçisi Sinişa Mihayloviç “A” seriyasının 14-cü turu çərçivəsində “Sampdoriya”nı məğlub etdikləri oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, serb mütəxəssis məqsədlərinin yeni ilə qədər bütün oyunları qazanmaq olduğunu bildirib: “Yuventus”la oyunda biz hücumda top saxlaya bilmirdik. Bu dəfə vəziyyəti dəyişə bildik. Şadam ki, gözəl oyun sərgilədik. Belə davam etsək, istənilən rəqibi məğlub edə bilərik. 3:0 öndə olanda belə, hücum edirdik. Buna görə ayrıca sevinirəm. Oyun sistemimizi dəyişmişdik. Çünki hazırda 3 hücumçumuz yaxşı formadadı. Məqsədimiz yeni ilə qədər bütün oyunları qazanmaqdı. Əminəm ki, mövsümün ikinci yarısında daha yaxşı çıxış edəcəyik. Çempionatın ikinci dövrəsində bütün favoritlərlə öz meydanımızda qarşılaşacağıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30