26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Avro-2015-in bütün iştirakçıları bilindi: Bakıda sevinən Portuqaliya millisi kənarda qaldı

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avro-2015-in bütün iştirakçıları müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, elit-raundda fiaskoya uğrayan Azərbaycan millisinin qitə çempionatından kənarda qaldığı əvvəldən məlum idi. Dünən elit-raunda yekun vurulub və turnirin bütün iştirakçıları bəlli olub.

Bolqarıstanda keçiriləcək qitə birinciliyində meydan sahibləri ilə yanaşı, 8 qrupun qalibi - Fransa, Xorvatiya, Belçika, Yunanıstan, Avstriya, İngiltərə, Çexiya və Almaniya milliləri birbaşa Avropa çempionatına vəsiqə qazanıblar. Digər 7 vəsiqə isə qrupda ikinci yeri tutan komandalar qismət olub. Maraqlıdır ki, yalnız 1 qrupun ikincisi Avro-2015-dən kənarda qalmalıydı ki, həmin kollektiv də Bakıda keçirilən elit-raundda ikinci olan Portuqaliya yığmasıdır. Portuqaliyadan fərqli olaraq, İspaniya, Hollandiya, İrlandiya, Rusiya, Sloveniya, Şotlandiya və İtaliya milliləri qrup ikincisi kimi Avro-2015-ə yollanıblar.

Qeyd edək ki, Bolqarıstanda təşkil olunacaq Avropa çempionatı mayın 6-da start götürüb, 22-də bitəcək. 




Ad: Futbolxeber.az;   E-mail: ---

27.03.2015 12:31

Yusif bəy, İrlandiyanin əvəzinə Yunanıstan yazılmışdı. Səhv artıq aradan qaldırılıb

Ad: Yusif Muradov;   E-mail: [email protected]

27.03.2015 11:49

Yunanıstan niyə 2 dəfə qeyd olunub?.. Qrupda 2-ci olan komandalardan İrlandiya Respublikası da var
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30