20 Oktyabr 2017, Cümə
Avroliqanın oyunları Etopaz-da
"Qarabağ"dan belə oyun gözləmirdik"
Simeone: “Gözlənilmız nəticə oldu”
“Qarabağ” “Atletiko”dan xal aldı

Xarici futbol

“Ançelotti “Real”a Maurinyodan daha çox uyğun gəlir”

Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello “Real”ı çalışdıran həmyerlisi Karlo Ançelotti haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Ançelottinin “Kral klubu”na Joze Maurinyodan daha çox uyğun gəldiyini bildirib:  “Uzunmüddətli perspektivi ilə Ançelotti “Real”a daha uyğundur. Karlo komandanın bir hissəsidir. Halbuki Maurinyo bir çoxlarına qarşı gedirdi. Joze bütün hadisələrin içində olmağı sevir. Lakin Ançelotti belə deyil”.

“İlin ən yaxşı məşqçisi adını kim qazanmalıdır” sualını Kapello belə cavablandırıb: “Ya Ançelotti, ya da Simeone. Argentinalı “Atletiko”da böyük işlər görüb. Onun komandası La Liqanın qalibi olub. Üstəlik, “Atletiko” 91-ci dəqiqəyə kimi Çempionlar Liqasının qalibi idi”. 


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31





Click to Visit