27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

"Çixura" - "Bursaspor": türkiyəli jurnalistlər mətbuat konfransında döyüldülər (FOTOLAR)

Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çixura" - "Bursaspor" matçından sonra qalmaqal baş verib. Oyun bitdikdən sonra keçirilən mətbuat konfransında "Çixura"nın baş məşqçisi Soso Pruizde və qapıçı Kvilitainin açıqlamaları türkcəyə tərcümə olunmayıb. Bundan sonra gürcü və türkiyəli jurnalistlər arasında mübahisə yaşanıb. Bu zaman gürcüstanlı azarkeşlər və jurnalistlər türkiyəli mətbuat nümayəndələrini döyüb. Davada Türkiyənin bir neçə jurnalisti yaralanıb.

Yalnız mühafizəçilərin müdaxiləsindən sonra gürcü azarkeşlər və jurnalistlər hadisə yerindən uzaqlaşdırlıb. Türkiyəli jurnalistlər isə ifadələri alındıqdan sonra stadionu tərk ediblər. Baş verən hadisələrə görə "Bursaspor" Gürcüstanı üç saat gec ayrılıb.

Qeyd edək ki, penaltilər seriyasında qalib gələn "Çixura"  Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30