9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Kosta-Rika millisinin baş məşqçisi: “Maurinyonun sözlərindən təəccübləndim”

Kosta-Rika millisinin baş məşqçisi Xorxe Luis Pinto “Çelsi”nin çalışdırıcısı Joze Maurinyonun “Kosta-Rikanın ilk oyundakı uğuru İtaliya ilə matçda təkrarlaması real görünmür” açıqlamasına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, o, portuqaliyalı mütəxəssislə qətiyyən razı deyil: “Maurinyonun belə deməsindən çox təəccübləndim. Onun komandası bazar ertəsi və çərşənbə günləri meydana çıxır. Nədir, o bazar günü qazandığı uğuru 3 gün sonra təkrarlaya bilməz? Əlbəttə, təkrarlaya bilər. Biz bilirik ki, İtaliya çox güclü rəqibdir. Amma biz də əminik ki, Uruqvayla oyundakı kimi çıxış edə bilərik. DÇ-2014-dən öncə bəziləri deyirdi ki, Kosta-Rika bu qrupun aşkar autsayderidir və 1 xal belə toplaya bilməyəcək. Digərləri isə İspaniya - Braziliya finalını proqnozlaşdırırdı. Həmin proqnozların axırı nə oldu?” 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31