27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Xarici futbol

Klinsmann: "Azərbaycan millisi top-komanda deyil"

Sabah millimizlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsman görüşlə bağlı fikirlərini bildirib.
 
Qol.Az-ın "Foxsports.com"a istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis millimizin top-komanda olmadığını deyib:
 
"Azərbaycan millisinin seçilməsində məqsədimiz var. Ola bilər ki, rəqibimiz top-komandalar siyahısına daxil deyil. Lakin bu da səbəbsiz deyil. Ağır təlim-məşq toplanışından sonra güclü komanda ilə qarşılaşmaq istəmirik. Əks təqdirdə ayaqlarımız daha da ağırlaşa bilər. Azərbaycanla oyunda qələbə qazanmaqla uğurlu seriyaya start vermək istəyirik. İki həftə sıx qrafikdə çalışacağıq. Futbolçuların hansı səviyyədə olduğunu görmək mənim üçün çox vacibdir.
 
Qarşıdakı yoldaşlıq oyunlarında gənc futbolçulara daha çox şans verəcəm. Xəttlərarası əlaqəni və futbolçuların meydanda bir-biriləri ilə necə anlaşdığını görmək istəyirəm. Əsas məqsədim komandada olan problemləri və inkişafı görməkdir. Üç həftə sonra bizi dünya çempionatında Qana ilə ağır oyun gözləyir. O vaxta kimi tam hazır olmalıyıq".
 
Qeyd edək ki, ABŞ - Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30