Digər idman növləri
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.
Futbolxeber.az saytının məlumatına görə, bu barədə AGF-dən bildirilib.
Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.
Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021-2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.
AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021-2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.
Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.
İclasda "İntizam Qaydaları", "Etika Qaydaları", habelə "Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları" müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.
Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri müəyyənləşdi
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- Aleksandr Mostovoy: “Qarabağ”ın qoluna həm təəccübləndim, həm də sevindim”
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Yuri Vernidub: “Nəyə görə “Qarabağ”ın əhvalını korlamayaq?”
- PFL təqdim edir: "Qarabağ"ın qələbəsi dünya manşetlərində
- Rəşad Sadıqov: "Türkiyədə məşqçi işləmək istəyirəm"
- “Səbail” daha bir futbolçusu ilə yollarını ayırdı - ÖZƏL
- Vernidub “Neftçi”nin “Lokomotiv”lə əməkdaşlığından danışdı: “Bunun mənə nə aidiyyəti var?”
- “Neftçi” mövsümün ikinci hissəsi üçün yeni legioner sifariş edir
- Fariz Nəcəfov: “Komandanın yaxşı oynadığını görürdük, amma nəticə əldə edə bilmirdik”
- “Ayntraxt” Bakıya heç-heçə ilə gəlir
- "Neftçi"də bir transfer, iki ayrılıq
- Qurban Qurbanov: “Futbolçular yorğun olsalar da, bunu bacardılar”
-
19:37
“Kim deyir ki, “Araz-Naxçıvan” avrokubok iddiasından əl çəkib?”
-
19:13
Azərbaycan çempionatında sensasiya: çempion mübarizəni dayandırdı
-
18:55
“Turan Tovuz” Şamaxıda xal itirdi
-
18:28
3x3 basketbol millimiz ilk dəfə FIBA Çempionlar Kubokunda
-
18:00
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib FOTOLENT
-
17:31
Şamaxıda heç-heçə VİDEO
-
17:19
Ayxan Abbasov: "Futbolçularımdan razı qaldım"
-
16:44
“Şamaxı"nın müdafiəsi yaxşı oynadı”
-
15:36
Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
15:22
I Liqada hakim təyinatları
-
15:05
"Kəpəz"in sabiq kapitanı klubunu dəyişdi
-
14:53
Yüksək Liqada XI turun oyun cədvəli açıqlandı
-
14:38
Rəşad Sadıqov rəqibin oyununu izləmək üçün Şamaxıya yollandı
-
14:11
Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi yekunlaşıb
-
14:00
"Şamaxı" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
13:49
"Qarabağ" - "Nyukasl" oyununun hakimləri açıqlandı
-
13:34
AFFA 3 klubu cərimələdi
-
13:16
Fabian Buntiç: “Nyukasl”la oyuna qələbə üçün çıxacağıq”
-
13:07
Vüsal İsgəndərli Albaniyada daha bir qol vurdu
-
12:52
AFFA nümayəndəsi “Yuventus”un oyununa təyinat aldı
-
12:35
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:18
Musanın yubiley qolu
-
11:56
"Napoli" - "Napoli" matçında 4 qol VİDEO
-
11:41
“Neftçi”nin 5 il gözlədiyi məhsuldarlıq
-
11:23
“Sumqayıt”ın yeni transferi: “Mən tənbəl oyunçu deyiləm”
-
11:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:54
Rəşad Sadıqovla 100-cü qələbə
-
10:32
"Arsenal" darmadağınla mərhələ adladı VİDEO
-
10:17
Renat oynadı, komandası uduzdu
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
20:19
Maçado "Araz-Naxçıvan"a qələbə qazandırdı VİDEO
-
20:04
Demçenko: “Futbolçularım döyüşdülər”
-
19:32
Saşa İliç: “Məğlub olmamalıydıq”
-
18:57
“Neftçi” və "Araz-Naxçıvan"dan qələbə
-
18:26
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:48
“Ən ucuz qolları biz buraxırıq”
-
17:11
Yuri Vernidubdan qələbə şərhi
-
15:30
Pedro Mateuş: “Füzuli Məmmədov vəziyyətin dəyişməsi üçün əlindən gələni edir”
-
14:55
"Fənərbaxça"nın 61 illik rekordu təkrarlandı
-
14:07
Şəhriyar Məmmədyarov: “Nyukasl”la oyunda “Qarabağ”dan hər şey gözləmək olar”
-
13:23
"Kəpəz" - "Neftçi" : Heyətlər açıqlandı
-
12:54
İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
-
12:32
Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:18
Cəlal ehtiyatda qaldı, sabiq “Neftçi”li qol vurdu
-
12:00
Bəhlul Mustafazadə: “Nyukasl”la oyunda şanslar 50-nin 50-yədir”
-
11:41
“Bavariya” “Verder”ə şans tanımadı VİDEO
-
11:28
“Kayzerslautern”in qələbə həsrəti bitdi
-
11:16
“Real”dan 4 qollu qələbə VİDEO
-
10:59
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Latsio” “Atalanta”ya uduzdu VİDEO
16.02.2026
15.02.2026






















