2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi
ÇL: “Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Azərbaycanın qadın güləşçiləri Macarıstanda toplanış keçirlər

Azərbaycanın qadın güləşçiləri Macarıstanın Tata şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Futbolxeber.az saytına bu barədə Güləş Federasiyasından məlumat verilib.

Qadın güləşi üzrə 15 milli komandanın cəlb olunduğu hazırlıq prosesində yığmamızın üzvləri də iştirak edirlər. Olimpiya Təlim-Məşq Bazasında təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62 kq) iştirak edir.

Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan toplanış iyulun 29-dək davam edəcək.

Qeyd edək ki, növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub. Belə ki, U-20 millisinin üzvlərinin – Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadənin (72 kq) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında avqustun 5-17-si aralığında Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır. Komanda hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U-20 dünya çempionatına qatılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28