27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi

Digər idman növləri

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin iclası keçirilib.
 
Futbolxeber.az saytının AKF-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.
 
Bildirilib ki, təkcə dekabrda 3 seminar təşkil olunub və bu tədbirlərdə ümumilikdə 92 məşqçi-müəllim iştirak edib. İclasda həmçinin AKF-nin regionlar üzrə nümayəndəliklərinin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə olunub. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim ediləcək.
 
Toplantıda AKF-də fəxri prezidentlik institutunun yaradılması da müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib. İclasın sonunda tamamlanma mərhələsində olan qurumun rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30