27 Aprel 2024, Şənbə
İnfantino "Qarabağ"ı təbrik edib
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub

Digər idman növləri

Üzgüçülük üzrə uşaq liqasının mərhələ yarışları keçirilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə üzgüçülük üzrə “Parlaq ulduz” uşaq liqasının 1-ci mərhələ yarışları keçirilib.
 
Futbolxeber.az saytının federasiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şağan Olimpiya İdman Komleksində təşkil olunan turnirdə 16 komandadan 200-dən çox azyaşlı üzgüçü qüvvəsini sınayıb.
 
Yarışı üzgüçülük üzrə milli komandanın məşqçilər heyəti izləyib.
 
Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov bildirib ki, məşqçilər korpusu ən perspektivli idmançıları müəyyənləşdirir və onların gələcəkdə yığmanın ehtiyat komandasını formalaşdırmalarını nəzərdə tutur: “Yarışların 2-ci mərhələsi aprel ayında "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək. Final mərhəsi isə mayda Bakı Su İdman Sarayında təşkil olunacaq. Final mərləsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər. Əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərin aşkar olunması və onların məşqçilərimizin nəzarəti altında məşqlər keçərək yığmanın ehtiyat komandasına cəlb olunmasıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30