8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Cəzaçəkmə müəssisəsində qadınlar arasında badminton turniri keçirillib

8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssəsində qadınlar arasında badminton turniri keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Badminton Federasiyası açıqlama yayıb.
 
Ardıcıl üçüncü ildir təşkil olunan və silsilə xarakter daşıyan yarış Azərbaycan Badminton Federasiyası, Ədliyyə Nazirliyi Penitensiar Xidmət və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
 
Qadın həmrəyliyi ruhunda keçirilən yarışın iştirakçıları təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.
 
Daim ədalətli oyun prinsiplərini rəhbər tutan Azərbaycan Badminton Federasiyası davamlı olaraq bu layihələri həyata keçirməklə səlahiyyətli təşkilatlar və dövlət qurumları arasında hab rolunu oynamaqla yanaşı, cəmiyyət və beynəlxalq idman təşkilatlarına sosial mesajlar verir. Bu cür tədbirlərin həyata keçirilməsi bu kateqoriyadan olan şəxslərin müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasında da mühüm rol oynayaraq, onların sağlam həyat tərzini və fiziki inkişafını da təmin etmiş olur.
 
Sosial layihələrə xüsusi diqqət ayıran Azərbaycan Badminton Federasiyası iki il arıdıcıl olaraq Avropa ədalətli Oyun Hərəkatının "Ədalətli Oyun Ruhu" nominasiyası üzrə beynəlxalq “Fair Play” mükafatına layiq görülüb. Federasiya cəzaçəkmə müəssisələrində reallaşdırılan tədbirlər, eləcə də inklüziv və parabadmintonun inkişafı istiqamətində həyata keçirdiyi layihələrə və bununla da badmintonun hamı üçün əlçatanlığının təmin edilməsinə görə bu nominasiya üzrə mükafatlandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31