9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Xankəndi-Bakı ultra marafonuna start verilib

İlk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonuna start verilib.
 
Futbolxeber/az saytının məlumatına görə, yarışdan öncə açılış mərasimi keçirilib.
 
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov bildirib ki, Xankəndidə belə bir marafon təşkil etmək böyük şərəfdir.
 
Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov Xankəndidə tarixi ana şahidlik etdiklərini vurğulayıb. Azərbaycanda ilk dəfə beynəlxalq ultra marafon təşkil olunduğunu xatırladan nazirlik rəsmisi bu münasibətlə hər kəsi təbrik edib: "Bizə bu günlərə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin".
 
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra marafona start verilib. Yarışın iştirakçıları 380 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.
 
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.
 
Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31