9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan millisində yeni baş məşqçi

Fərid Cəlalov voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
 
Futbolxeber.az saytına bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.
 
Mütəxəssis AVF-nin İdarəyə Heyətinin geniş iclasında bu posta təyinat alıb. Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər.
 
Ş.Bağırov iclası açaraq qonaqları salamlayıb, müzakirəyə çıxarılacaq məsələlər haqqında məlumat verib. Daha sonra F.Cəlalov yığmamızın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planını təqdim edib.
 
Sonra yeniyetmə və gənc qızlardan ibarət yığmaların rəhbəri Şahin Çatma komandaların qarşıdakı yarışlara hazırlıq planlarını təqdim edib. Həmçinin yeniyetmə və gənc oğlanlardan ibarət millilərə yeni rəhbər təyin olunan Cahangir Seyed Abbasi təqdim olunub. İranlı mütəxəssis gənclərin seçimi və yarışlara hazırlıqla bağlı proqramı təqdim edib.
 
İclasda F.Qarayev və B.Quliyev çıxış edərək, yeni təyinatlar və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
 
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31