9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycanın sərbəst güləşçiləri toplanışa başlayıblar

Sərbəst güləş üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.

Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, komanda geniş tərkibdə Qubaya yollanıb.

Quba Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesi martın 10-dək davam edəcək.

Təlim-məşq toplanışında böyüklərlə yanaşı, gənclərdən ibarət yığmanın üzvləri də yer alıblar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev ilə Şərif Şərifov, Oyan Nəzəriani, eləcə də U-20 millisinin böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 70-dən çox güləşçi həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində məşq edəcək. ABŞ-dən dəvət edilən fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi də xüsusi fiziki hazırlıq üzrə təmrinlərin həyata keçirilməsində yaxından iştirak edəcək.

Hazırlıq prosesində Qazaxıstan, Rusiya və Belçikadan sınaqçı-rəqiblər də yer alıb.

Quba toplanışı Bakıda keçiriləcək məsul yarışlara - Avropa Olimpiya Təsnifat turnirinə (5-7 aprel) və U-23 Avropa çempionatına (20-26 may) hazırlıq xarakteri daşıyır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31