9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Su İdman Sarayında triatlon yarışı keçirilib

Azərbaycan Triatlon Federasiyası (ATF) və Triterra Baku triatlon klubunun təşkilatçılığı ilə Su İdman Sarayında “İronwind Qış Aquatlon” yarışı keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, ilk olaraq aşağı yaş qrupları güclərini sınayıblar. Turnirin davamında 18 yaşdan yuxarı iştirakçılar 1 500 m üzüb, 10 km qaçıblar.
 
Yarışda 24-ü uşaq olmaqla, ümumilikdə 70 idmançı iştirak edib.
 
Mükafatları qaliblərə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, baş katibi Seymur Hüseynov, Triterra Baku triatlon klubunun təsisçisi və federasiyanın vitse-prezidenti Rüfət Həsənov, klubun baş məşqçisi Aleksandr Mordasov və Su idman Sarayının direktoru Zaur Yaqubov təqdim ediblər.
 
Qaliblərə medallar və sertifikatlar verilib.
 
Mütləq kateqoriyasının qalibləri:
 
Qadınlar: 1. Yulyana Bataşova, 2. Milanə Xəlilova, 3. Fatimə Alkərəmova.
 
Kişilər: 1. Roman Qlavatski, 2. Elçin Bəkirov, 3. Vitaliy Yakovlev.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31