9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azər Əliyev: “Azərbaycan idmanının bu cür nəticələr qazanması çox xoşdur”

Azərbaycanda ilk dəfədir basketbolda oluram. Təəssüratlarım çox gözəldir. Görünür ki, artıq bizdə də bu idman növü inkişaf edir.

Futbolxeber.az saytına eksklüziv açıqlamasında bu sözləri Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev basketbol üzrə Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində Kosovonu 87:77 hesabı ilə məğlub etdiyi oyun barədə danışarkən deyib.

O, ümumilikdə başa çatan həftənin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib: “Bu həftə Azərbaycan idmanı üçün çox uğurlu alındı. Ağır atketikada təmsilçimiz Avropa çempionu oldu. Eləcə də "Qarabağ" ilk dəfə UEFA Avropa Liqasında 1/8 finala yüksəldi. İndi isə basketbol millimiz heç də zəif olmayan Kosovo üzərində qələbə qazandı. Azərbaycan idmanının bu cür nəticələr qazanması çox xoşdur”.

MOK-un baş katibi bu ilin yayında Parisdə keçiriləcək olimpiadaya hazırlıqdan da söz açıb: “Olimpiadaya hazırlıqlar yaxşı gedir. Düzdür, hələ  cəmi 9 lisenziya qazanmışıq. Amma təbii ki, gözləntilərimiz daha çoxdur. Tezliklə güləş üzrə yarışlar olacaq ki, orada lisenziyalarımızın sayı artacaq. Eləcə də cüdodan lisenziyalar gözləyirik. Bu idman növündə də son zamanlar yaxşı nəticələr qazanılır. Olimpiadaya hələ vaxt var. Bir sözlə, hər şeyin yaxşı olacağına inanırıq”.

A.Əliyev “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının 1/8 finalına yüksəlməsindən də danışıb: “Qarabağ”ın "Braqa" ilə cavab oyununu stadiondan canlı izlədim. Unudulmaz bir matç idi. Tofiq Bəhramov adına Respublika stadionunda bu cür görüşlər həmişə olmur. 120 dəqiqə ərzində stresli bir görüş oldu. Əslində, oyuna nəzarət "Qarabağ"ın tərəfində idi. Sonradan vəziyyət dəyişdi. Lakin "Qarabağ" əsl xarakter nümayiş etdirdi. Əzmkarlıqla komanda sonda istəyinə çatdı. Növbəti mərhələdə yenidən "Bayer"lə qarşılaşacağıq. Leverkuzen təmsilçisinin gücü məlumdur. Odur ki, qarşıda "Qarabağ"ı çox çətin 2 oyun gözləyir”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31