9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

"Bakıda Olimpiya lisenziyası qazanmaqla adımı tarixə yazmaq istəyirəm"

“Dünya Kubokuna qısa müddət qaldığından məşqlərimiz daha da çətinləşir və intensivlik artır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Selcan Mahsudova Bakıda keçiriləcək Dünya Kubokuna hazırlıq barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
 
Dünya Kubokunun gümüş mükafatçısı hazırda çox yaxşı formada olduğunu bildirib: “Fiziki məşqlərlə gücümüzü artırdıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Gimnastika ilə məşğul olmağa başladığım ilk gündən ən böyük arzum bu idman növündə Olimpiya Oyunlarına lisenziya qazanmaq olub. Adımı tarixə yazmaq istəyirəm. Bakıdakı turnirə hazırlaşmaqda da əsas məqsədim məhz Olimpiadaya lisenziya əldə etməkdir. Doğma arenada çıxış etmək həm həyəcanlı, həm də məsuliyyətli hissdir. İnanıram ki, azarkeşlərin, ailəmin, dostlarımın və komandamın dəstəyi yaxşı çıxış etməyimə kömək olacaq”.
 
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 23-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31