8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq komanda sayı müəyyənləşib

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib.
 
Futbolxeber.az saytının Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, apreldə baş tutacaq yarışa maraq kifayət qədər böyükdür.
 
Belə ki, ev sahibi Azərbaycan millisi də daxil olmaqla, Dünya Kubokunda 46 komandanın gimnastları qüvvələrini sınayacaqlar. Andorra, Anqola, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Meksika, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Çin, Polşa, Cənubi Koreya, Moldova, Rumıniya, Serbiya, Sloveniya, Cənubi Afrika, İspaniya, Tailand, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan yığmaları Dünya Kubokunda iştirak üçün Azərbaycana gələcəklər.
 
Qeyd edək ki, turnir aprelin 19-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31