9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, yanvarın 11-də Yüksək Liqada VIII turun iki görüşü baş tutacaq.

İlk qarşılaşma “Murov Az Terminal”ın idman zalında təşkil olunacaq. “Neftçi” və MOİK komandaları saat 16:00-da üz-üzə gələcəklər.

Növbəti görüşdə “Murov Az Terminal”la “Azərreyl” qarşılaşacaqlar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, hazırda “Xarı Bülbül" (Şuşa) 16 xalla turnir cədvəlinə başçılıq edir. “Azərreyl” 14, “Murov Az Terminal” 13 xalla lideri izləyirlər. Dördüncü pillədəki “Neftçi”nin hesabında 10 xal var. “Xarı Bülbül" (Laçın) 4 xalla beşincidir, sonuncu sırada olan MOİK hələ xal qazana bilməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31