9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib.

Futbolxeber.az saytının məlumaıtna görə, yanvarın 9-da Yüksək Liqada 8-ci turun iki matçı baş tutacaq.

Günün ilk qarşılaşması saat 15:00-da “Abşeron”la “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq. Saat 18:00-da “Murov Az Terminal” “Azərreyl” ilə üz-üzə gələcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, “Azərreyl” və “Abşeron” ikinci dövrə ərəfəsində hərəyə 18 xalla 1-2-ci yerləri bölüşdürürlər. “Murov Az Terminal” 15 xalla üçüncü pillədə qərarlaşıb. Dördüncü yerdəki “Gəncə”nin 9, beşinci “Milli Aviasiya Akademiyası”nın 3 xal var. Autsayder UNEC ilk dövrədə xal qazana bilməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31