9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları açıqlanıb

Dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarestdə 21 yaşadək taekvondoçular arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millilərinin heyəti bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, kişilərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov 3 gün davam edəcək yarışda Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kq), Rahid Vəliyev (58 kq), Pərviz İsgəndərov (63 kq), Vaqif Hacıyev (68 kq), Nicat İsmayılzadə (74 kq) və Eltac Qafarova (80 kq) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park isə qitə birinciliyində Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidovanı (62 kq) sınayacaq.

Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.

Beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Avropa çempionatında ədalət təmsilçiləri sırasında yer alacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31