9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Fərid Qayıbov Avropa Gimnastikasının 30-cu Konqresində təltif olunub

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastikasının 30-cu - yubiley Konqresi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov təşkilatın prezidenti olaraq Konqresə sədrlik edib.

Toplantıda bir sıra hesabatlar, eləcə də qurumun yenilənmiş əsasnaməsi təsdiq edilib, yeni fəxri üzvlər qəbul olunub.

Bundan başqa, təşkilatın 2025-ci il Konqresinin noyabrın 28-29-da Çexiyanın paytaxtı Praqada keçirilməsi qərara alınıb.

Fərid Qayıbov tədbirdə Bolqarıstanın gənclər və idman naziri Dimitar Lievə, Sofiya şəhərinin meri Vasil Terziyevə Avropa Gimnastikasının fəxri medallarını təqdim edib.

Həmçinin Fərid Qayıbov Litva Olimpiya Komitəsinin xüsusi medalı və Avropa Atletikası ilə əməkdaşlığa görə həmin təşkilatın xüsusi mükafatı ilə təltif edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31