9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

“Finalda qələbəni rəqibə hədiyyə etdim”

“Finalda qələbəni rəqibə hədiyyə etdim”.

Futbolxeber.az saytının məlumatına görə, bunu yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23-lər arasında dünya çempionatında gümüş medal qazanması barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, həlledici görüşü yaxşı keçirməsinə baxmayaraq, səhvə yol verdiyini bildirib: “Yarış mənim üçün uğurlu keçdi. Yaxşı hazırlaşmışdıq. Finala qədər inamlı qələbələr qazandım. Finalda da özümü yaxşı hiss edirdim. U-23 Avropa çempionatının finalında da Aleksandrin Qutuyla qarşılaşmışdım. Əvəz çıxmaq istəyirdim. Bu dəfə Moldova idmançısına qarşı daha yaxşı güləşdim. Üçüncü parter zamanı rəqibi sinəmə qaldırdım, ancaq ata bilmədim. Bu da fiziki gücümün zəif olmasından irəli gəlir”.

X.Həsənli qazandığı medalı qardaşına həsr edib: “Bu çatışmazlığı aradan qaldırıb, daha böyük arenalarda qələbələr qazanmağa çalışacağam. Üzərimdə əziyyəti olan həm şəxsi məşqçimə, həm də bütün yığma məşqçilərinə təşəkkürümü bildirirəm. Medalımı qardaşıma həsr edirəm”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatını 1 gümüş, 3 bürünc medalla başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31