9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Hacı Əliyev: "Bu yarışda qalib ölkənin idmançıları kimi çıxış edəcəyik"

"Hərbçilər arasında ölkəmizdə keçiriləcək dünya çempionatı biz idmançılar üçün gözəl fürsətdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın sərbəst güləş millisinin lideri, üçqat dünya çempionu Hacı Əliyev deyib.

O, noyabrın sonunda Bakıda təşkil olunacaq hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında uğurlu çıxış edəcəklərinə inandığını söyləyib: "Hərbçilərin dünya çempionatına hazırlaşırıq. Təlim məşqlərimiz başlayıb. Sərbəst güləş millimizin bəzi üzvlərini çıxmaq şərti ilə, tam heyətlə yarışda iştirak edəcəyik. Bilirsiz ki, aprel ayında olimpiya oyunlarına lisenziya xarakterli turnir keçiriləcək. Mənə elə gəlir ki, bu yarış da hazırlıq baxımından fürsətdir. Ölkəmizdə belə bir mötəbər yarışın keçirilməsi qürurvericidir. Fürsətdən istifadə edib gözəl nəticə qazanmaq, öz ölkəmizdə bayrağımızı qaldıraraq himnimizi səsləndirmək istəyirik".

Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək hərbçilər arasında dünya çempionatı 27 noyabr - 3 dekabr tarixlərini əhatə edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31