8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Azərbaycanın 16 yeniyetmə cüdoçusu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın yeniyetmə cüdoçuları oktyabrın 21-22-də Latviyanın paytaxtı Riqada keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.
 
Futbolxeber.az saytının məlumatına görə, ölkəni 7 çəki dərəcəsində 16 idmançı təmsil edəcək.
 
50 kq-da Bahadır Feyzullayev, Rüstəm Qasımzadə, 55 kq-da Telman Abdullayev, Nihad Məmişov, 60 kq-da Mirxaliq İskəndərov, Əhməd Rüstəmov, 66 kq-da Ümüd Qurbanov, Səid Şərifov, Səlim Sultanov, 73 kq-da Cəsur İbadlı, Əhməd Mehdiyev, 81 kq-da Mehdi Abbasov, Hüseyn Eyvazlı, Əli Qazıməmmədov, +90 kq-da isə Sübhan Axundov və Rəsul Səmədli tatamiyə çıxacaqlar.
 
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcəklər.
 
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31