9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

“Azərreyl”in hücumçusu: “Çempionluğa qədər gedəcəyimizə əminəm”

“Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun üzvü Dəmir Fatma İklimya Çelenc Kubokunun 1/32 final mərhələsində Ukrayna təmsilçisi “Balta” üzərində 3:0 hesabı qələbədən sonra deyib.

19 yaşlı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında kollektivdə uyğunlaşma prosesinin başa çatdığını bildirib: “Ardıcıl iki gün 3:0 hesablı qələbə qazandıq. Komandamla fəxr edirəm. Bir-birimizi çox yaxşı başa düşürük”.

“Azərreyl”in kapitanı Aynur İmanova isə uğurlu çıxışda azarkeşlərin rolunun böyük olduğunu söyləyib: “Hər iki qələbə münasibətilə komandamı təbrik edirəm. Bundan sonra bizi daha çətin oyunlar gözləyir. Həmin matçlara yaxşı hazırlaşmaq, uğurlu nəticələri davam etdirmək üçün əlimizdən gələni edəcəyik. İki gündür azarkeşlərdən aldığımız dəstək bizi qürurlandırdı. Onları görəndə daha yaxşı oyun ortaya qoyuruq. Düzdür, səfər görüşlərində belə atmosfer olmayacaq. Ancaq yenə də bütün gücümüzlə mübarizə aparacağıq”.

Qeyd edək ki, “Azərreyl” Çelenc Kubokunun 1/16 finalında İspaniyanın “Avarka de Menorka” klubu ilə qarşılaşacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31