9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan badmintonçusu Peruda keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutub

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “İnternational challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, o, şəxsi yarışda yarımfinala qədər irəliləyib.
 
Badmintonçu Kanada, Kuba və İrlandiya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Keişa Fatimə Zəhra final yolunda turnirin qalibi olan yaponiyalı Kaoru Sugiyamaya 0:2 (14:21, 8:21) hesabı ilə uduzub. İdmançı üçüncü yeri tutmaqla yanaşı, hesabına 2800 reytinq xalı yazdırıb.
 
Kişi badmintonçuların şəxsi yarışında isə Edi Reski Dviçayo 1/4 finalda mübarizəni dayandırıb. Meksikalı və norveçli rəqibinə qalib gələn milli üzvü bu mərhələdə Qvatemala idmançısı Kevin Cordona 1:2 (22:20, 18:21, 11:21) hesabı ilə uduzub. Dviçayo 2200 reytinq xalı qazanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31