9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə bürünc medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “10th LI-NING Zagreb Youth Open” turnirində bürünc medal qazanıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, 15 yaşadək idmançıların qarışıq-qoşa yarışında Əli Gözəlov - Aysu Kərimzadə tandemi bu kateqoriya üzrə turnirin yarımfinalına kimi irəliləyib.
 
Mübarizəyə 1/32 finaldan başlayan yeniyetmə badmintonçular yarımfinala gedən yolda Macarıstan, Sloveniya, Polşa və Türkiyədən olan rəqiblərinə qalib gələrək, qarışıq-qoşa yarışında ən güclü “dördlüy”ə yüksəliblər.
 
Əli Gözəlov - Aysu Kərimzadə cütlüyü isə finalın bir addımlığında Rumıniya badmintonçularına 0:2 (20:22, 20:22) hesabı ilə məğlub olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31