9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Mikayıl Cabbarov: “Millimiz dünya çempionatında tarixi uğura imza atıb”

“Belqradda keçirilən güləş üzrə dünya çempionatında millimiz tarixi uğura imza atıb”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tviter səhifəsində paylaşım edib.
 
Qurum rəhbəri komanda hesabında dünya çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının uğurunu xüsusi vurğulayıb: “Yunan-Roma güləşi üzrə 2 qızıl və 3 gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar. Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”.
 
Qeyd edək ki, mundialda Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medala yiyələniblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31