9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Azərbaycan avarçəkəni Fransada Avropa çempionu olub

Azərbaycan təmsilçisi Diana Dımçenko Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, idmançı birnəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib.
 
Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb.
 
O, 6 km məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi, irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.
 
Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan Dımçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.
 
Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San Sebastian şəhərində keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medala sahib olub.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31