9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Bakıdakı Dünya çempionatında daha bir növdə qaliblər müəyyənləşib

Bakıda təşkil edilən atıcılıq üzrə dünya çempionatının daha bir növündə qaliblər müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, kişilər və qadınlar 50 metr məsafəyə tapançadan atəşaçmada qüvvələrini sınayıblar.
 
Kişilərin mübarizəsində qızıl medal 558 xal toplayan çinli Yu Xieyə qismət olub. Ondan 1 xal geri qalan Latviya təmsilçisi Lauris Strautmanis gümüş medala sevinib. Bürünc mükafata 556 xalla hindistanlı Ravinder Sinq sahib çıxıb. Komanda yarışında Çin birinci, Cənubi Koreya ikinci, Hindistan üçüncü yeri tutub.
 
Qadınların yarışında 540 xal toplayan Avstriya atıcısı Silviya Şteyner əlçatmaz olub. Ondan 6 xal geri qalan monqolustanlı Bayartsetseq Tumurşudur gümüş medal qazanıb. Hindistan təmsilçisi Tiyana Tiyana (533 xal) isə bürünc mükafat əldə edib. Komanda yarışında Hindistan, Çin və Monqolustan müvafiq ardıcıllıqla ilk “üçlük”də qərarlaşıblar.
 
Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31