9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Bakıdakı Dünya Kubokunda bu gün mükafatçılar müəyyənləşəcək

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün mükafatçılar müəyyənləşəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, çempionluq və üçüncü yer uğrunda mübarizə aparan qrossmeysterlər tay-brekdə güclərini sınayacaqlar.
 
Bürünc medala iddia edən Azərbaycan təmsilçisi Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə qarşılaşacaq. Şahmatçılar ilk iki klassik partiyada hərəyə bir qələbə qazanıblar.
 
Finalda isə hindistanlı Rameşbabu Praqqnanandha beşqat dünya çempionu olan norveçli Maqnus Karlsen ilə qarşılaşacaq. Qrossmeysterlərin hər iki klassik oyununda bərabərlik qeydə alınıb.
 
Həlledici görüşlərdən sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.
 
Qeyd edək ki, Dünya Kubokunu ilk üç pillədə başa vuran şahmatçılar, həmçinin, İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31