9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Daha 2 boksçumuz Avropa birinciliyinin yarımfinalında

Azərbaycan millisinin daha 2 üzvü Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.
 
Futbolxeber.az saytının məlumatına görə. 1/4 finalda Şahin Aslanov (52 kq) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb - 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28).
 
Adil Zalov da yarımfinalda iştirak hüququ qazanıb. 63 kq-da mübarizə aparan boksçu 1/4 finalda Yan Mikuliçi (Xorvatiya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
 
Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.
 
Bununla da Azərbaycan millisinin yarımfinala vəsiqə qazanan idmançılarının sayı 4-ə çatıb. Daha öncə İsmayıl Vəliyev (70 kq) və Səftər Məmmədzadə (90 kq) də 1/4 final səddini uğurla adlayıblar.
 
Qeyd edək ki, Avropa birinciliyinə avqustun 25-də yekun vurulacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31