9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan paraatletlərindən 13 medal

Azərbaycan paraatletləri Niderlandın Rotterdam şəhərində keçilən Avropa çempionatını 13 medalla başa vurublar.

Futbolxeber.az saytının məlumatına görə, yığma mötəbər yarışda 4 "qızıl", 4 "gümüş" və 5 "bürünc" qazanıb.

Ümumilikdə 35 idmançımızın qatıldığı turnirdə cüdoçular Şəhanə Hacıyeva, Xanım Hüseynova, həmçinin, takevondoçular İmaməddin Xəlilov və Əbülfəz Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Cüdoçulardan Namiq Abaslı, Dürsədəf Kərimova və İlham Zəkiyev, eyni zamanda, taekvondoçu Röyalə Fətəliyeva ikinci yeri tutublar.

Millinin digər üzvlərindən İsmayıl Muradov, Xatirə İsmiyeva (hər ikisi cüdo), Sabir Zeynalov, Amin Şıxalıyev (hər ikisi taekvondo) və Aybəniz Babayeva (güllə atıcılığı) isə bürünc mükafata yiyələniblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31