9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Voleybol Federasiyasının (FİVB) "Level 2" seminarı 11-15 sentyabrda Azərbaycan Voleybol Federasiyasında təşkil olunacaq.
 
FİVB-nin müəyyən etdiyi şərtlərə görə, seminarda yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə olunan mütəxəssislər iştirak edə bilərlər.
 
İştirakçılar ingilis dilini bilməli, həmçinin, sağlam, fiziki və məşqçilik bacarıqlarına sahib olmalıdırlar. FİVB-nin tələblərinə görə, əvvəlki "Level" kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər.
 
Qeyd edək ki, FİVB-nin Bakıda "Level 1" seminarı bu il 3-7 iyulda gerçəkləşib.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31