9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Anastasiya Mertsalova: "Komandamız mübariz əhval-ruhiyədədir"

"Komandamız mübariz əhval-ruhiyyədədir"
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli voleybol komandasının blokçusu Anastasiya Mertsalova deyib.
 
İdmançı bildirib ki, millimiz ilk oyuna yaxşı hazırlaşıb: "Avropa çempionatında ilk oyunumuza çıxacağıq və rəqibimiz Çexiya yığması olacaq. Biz bu oyuna hələ Sloveniyadakı təlim-məşq toplanışında hazırlaşmağa başladıq və burada, Düsseldorfda video görüntülərlə davam etdik. Hər bir oyunçunu izləmişik, rəqibin oyununa qarşı bizə müəyyən tapşırıq və göstərişlər verilib.
 
Əlbəttə ki, məqsəd yalnız qələbədir. Artıq öz bacarıqlarımızı və hazırlıq prosesindəki tapşırıqları tətbiq etmək istəyirik. Komandamız mübariz əhval-ruhiyyədədir, biz sona qədər mübarizə aparmağa hazırıq və səbirsizliklə sabahkı startı gözləyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31