8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Avropa çempionatı: Məmmədzadə gümüş, Məmmədyarov bürünc medal qazandı

Polşada keçirilən şahmatın blits növü üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla qarşılaşan yığmanın şahmatçıları ilk dörd yeri tutaraq, pley-off mərhələsinə adlayıblar.

Reqlamentə əsasən, dairəvi sistemlə keçirilən yarışın pley-offunda niderlandlı Benjamin Boka məğlub olan Məmmədyarov 3-cü yer uğrunda dueldə Yan-Kşiştof Dudadan güclü olub.

Günay Məmmədzadə pley-offda niderlandlı Eline Rubersi üstələsə də, finalda Ermənistan təmsilçisi Elina Danielyana məğlub olaraq, ikinci yeri tutub.

Yekun sıralamada isə Azərbaycan millisi turnir cədvəlində üçüncü yeri tutaraq, komanda hesabında bürünc medala yiyələnib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31