9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Mahir Məmmədov: “Maqnus Karlsenin gəlişi bizim məsuliyyətimizi daha da artırır”

“Bakıda ilk dəfə 2015-ci ildə şahmat üzrə Dünya kuboku keçirilib. Əvvəllər Dünya kubokunu qəbul edən şəhər növbəti il olimpiadaya da ev sahibliyi edirdi. Həmin vaxt biz hər iki yarışı yüksək səviyyədə keçirmişdik. Hələ də Bakının yüksək təşkilatçılıq səviyyəsindən danışılır. Əminəm ki, Bakı bu dəfə də mötəbər yarışa ev sahibliyi edəcək. Özü də budəfəki turnirə Dünya kubokunun tarixində rekord sayda şahmatçı qatılacaq. Şahmatsevərlərin gözləntilərini doğruldacağıq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov gələn ay Bakıda start götürəcək şahmat üzrə Dünya kuboku barədə danışarkən deyib.

O, dünya şahmatının 1 nömrəsi Maqnus Karlsenin Bakıya gəlişindən də söz açıb: “Maqnusun gəlməsi bizim üçün əlavə stimuldu. Düzdü, onun gəlişi daha çox məsuliyyət, səfərbərlik tələb edir. Karlsen dünya çempionluğu uğrunda görüşdən imtina etsə də, dünyanın 1 nömrəsi olaraq qalır. Karlsen dünya çempionluğuna layiq şahmatçıdı. Onun sayəsində şahmat daha da populyarlıq qazandı”.

Qeyd edək ki, Bakıdakı Dünya kuboku 29 iyul-26 avqust tarixlərində keçiriləcək.

Fərəc ASLANOV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31