8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək

Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyətində məcburi dəyişikliklər edilib.

Futbolxeber.az saytının məlumatına görə, uzunluğa tullanma yarışlarında ölkəni təmsil etməli olan Nazim Babayev zədə səbəbindən yarışa qatıla bilməyəcək.

İdmançı ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib. Müayinədən sonra atletin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib.

Onu Avropa Oyunlarında Kəsgin Abbaszadə əvəz edəcək. Son ölkə çempionatında yalnız Babayevdən geri qalan Abbaszadə 7.83 metr göstərici ilə U-20 və U-23 Azərbaycan rekorduna sahib çıxıb.

Bundan başqa, Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov mübarizə aparacaq.

 

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31